Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOB-ların məhsul və xidmətləri "Baku Build 2019" Sərgisində KOBİA elektron ticarətin payının artırılması prosesində irəli sürüləcək təşəbbüsləri dəstəkləməyə hazırdır Mikro və kiçik sahibkarların məhsulları "Baku Build 2019" Sərgisində nümayiş olunacaqKOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərdiKOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir
KOBİA Çağrı mərkəzi sektoruna işçi axtarır 03.10.2019
KOBİA Çağrı mərkəzi sektoruna işçi axtarır

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Elektron xidmətlərin təşkili departamentinin Çağrı mərkəzi sektoruna aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:

- Aidiyyəti normativ-hüquqi və təşkilatı-sərəncamverici sənədlərin tələblərinə uyğun olaraq operativ telefon məlumat xidməti göstərmək;  telefon məlumat xidmətinin göstərilməsi zamanı daxil olan müraciətləri qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq sənədin mənbəyi göstərilməklə cavablandırmaq;

- telefon məlumat xidmətinin göstərilməsi zamanı müvafiq müraciət vərəqələrini tərtib etmək;

- şikayət xarakterli müraciətlər əsasında “Müraciətçilərin şikayət vərəqəsi”ni hazırlayaraq aidiyyəti üzrə göndərilməsini təmin etmək;

- mərkəz tərəfindən operativ telefon məlumat xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

- agentliyin fəaliyyət istiqamətləri üzrə sahibkarlardan, vətəndaşlardan və digər şəxslərdən daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun baxılmasını təmin etmək;

- operativ telefon məlumat xidmətlərinin göstərilməsi sahəsində yerli və xarici təşkilatların təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

- “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarına uyğun olaraq fəaliyyəti həyata keçirmək;

- “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunununa uyğun olaraq vətəndaş müraciətlərinin cavablandırılmasını təmin etmək.

Namizədə tələblər:

- Ali təhsil tələbi: Bakalavriat səviyyəsi - iqtisadiyyat və ya idarəetmə ixtisasları qrupu; 

- Azərbaycan dilində sərbəst danışmaq (xarici dil bilikləri üstünlükdür);

- Şifahi və yazılı formada özünü ifadə etmək; 

- Müvafiq sahədə iş təcrübəsinin olması üstünlükdür.

Şərtlər: 

Tam iş günü, iş qrafiki I-V günlər.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Çağrı mərkəzinin aparıcı mütəxəssisi” yazaraq 30.10.2019 tarixinə qədər hr@smb.gov.az ünvanına göndərmələri xahiş olunur. Əks halda göstərilən vakansiya üzrə müraciətlər nəzərə alınmayacaq. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.