Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Çinin "Lookwe" jurnalı KOBİA haqqında Yanğından zərər çəkmiş sahibkarlara dəstək tədbirləri davam etdirilirKiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üçün sənəd imzalanıb Füzuli rayonunda yem emalı müəssisəsi istifadəyə verilibSumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb
KOBİA-da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib 18.01.2019
KOBİA-da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Agentliyin İdarə Heyəti sədrinin müavini Nadir Adilov 20 Yanvar faciəsi barədə danışaraq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının Bakıda törətdiyi faciənin Azərbaycan xalqının yaddaşına azadlıq və müstəqillik uğrunda mübarizə tarixi kimi əbədi həkk olunduğunu vurğulayıb. Qeyd edilib ki, 20 Yanvar faciəsinə ilk və ən kəskin etirazı Ümumilli Lider Heydər Əliyev bildirib. Məhz Heydər Əliyevin gərgin səyləri nəticəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin siyasi kursunu inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram göstərir, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi üçün qərarlar qəbul edir, şəhidlərimizin xatirəsinin anılması üçün hər il dövlət səviyyəsində geniş Tədbirlər Planı hazırlanaraq həyata keçirilir.

Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsinin heç bir zaman unudulmayacağını, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin Azərbaycansevərlərin qəlbində daim yaşayacağını bildiriblər.

Sonda 20 Yanvar faciəsinə həsr olunmuş “Müqəddəs məkan” filmi nümayiş olunub.