Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Yerli şirkətlərin məhsullarından ibarət sərgi keçiriləcəkAzərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri müzakirə olunubKOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürübMÜSİAD təşkilatı ilə KOBİA arasında əməkdaşlıq imkanları müzakirə edilibKOB-ların maliyyələşdirilməsinə bankların marağı artır
KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərdi 19.10.2019
KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərdi

Oktyabrın 18-də Bakıda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Churros” ictimai-iaşə obyekti fəaliyyətə başlayıb.

“Fəvvarələr meydanı”nda yerləşən “Churros”da İspaniya şirniyyatı olan “churros”un hazırlanması və satışı həyata keçirilir. Eyni zamanda burada müxtəlif çeşiddə çaylar, kofe növləri, kokteyllər və digər sərinləşdirici içkilər hazırlanaraq satılır. Hazırda “Churros”da 5 nəfər işlə təmin edilib.

KOBİA tərəfindən “Churros” ictimai-iaşə obyektinin yaradılmasına konsaltinq və hüquqi məsləhət xidmətləri, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə və s. kimi istiqamətlərdə dəstək göstərilib.

“Churros” şəbəkəsinin genişləndirilməsi və Bakının digər ərazilərində də yaradılması nəzərdə tutulur.

KOBİA mikro və kiçik sahibkarların ölkə iqtisadiyyatında rolunun və məşğulluqda payının artırılması üçün bir sıra biznes təşəbbüslərinin və layihələrin reallaşdırılmasına dəstək göstərib. Agentlik dövlət dəstəyi mexanizmləri və öz xidmətləri hesabına startapların və sahibkarların biznes təşəbbüslərinin və layihələrinin reallaşdırılmasına dəstəyini davam etdirəcəkdir.