Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“KOB klaster şirkəti”nin meyarları” təsdiq edildi“Organic Food Festival 2019” başa çatdı Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq Gününə həsr olunmuş Gənclər Forumu keçiriləcəkBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə KOB-ların inkişafının dəstəklənməsi istiqamətində əməkdaşlıq genişləndirilirKOBİA qadın sahibkarlığın inkişafının təşkilati modellərini dəstəkləyəcək
KOBİA “Fərqli fərdlər” Konqresinə dəstək göstərib 08.04.2019
KOBİA “Fərqli fərdlər” Konqresinə dəstək göstərib

Aprelin 6-da Heydər Əliyev Mərkəzində “Fərqli fərdlər” adı altında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 1-ci Konqres keçirilib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də tədbirə dəstək göstərənlər sırasındadır.

Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, BP və Azərbaycan Beynəlxalq Bankının baş tərəfdaşlığı ilə keçirilən konqresin məqsədi cəmiyyətin diqqətini fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqların inkişafı və tərbiyəsinə cəlb etmək, valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaqdır.

Tədbirdə tanınmış xarici və yerli mütəxəssislər, dövlət qurumlarının nümayəndələri, valideynlər, fiziki məhdudiyyətlərinə rəğmən təhsil və iş həyatında müəyyən uğurlar qazanmış insanlar çıxış ediblər.

Konqres çərçivəsində autizm spektr pozuntusu, diqqət çatışmazlığı və hiperaktivlik, Turet və Daun sindromları mövzularında panellər təşkil olunub.