Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Çinin "Lookwe" jurnalı KOBİA haqqında Yanğından zərər çəkmiş sahibkarlara dəstək tədbirləri davam etdirilirKiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üçün sənəd imzalanıb Füzuli rayonunda yem emalı müəssisəsi istifadəyə verilibSumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb
KOBİA ilə Azərbaycan Beynəlxalq Bankı arasında Niyyət Protokolu imzalanıb 05.04.2019
KOBİA ilə Azərbaycan Beynəlxalq Bankı arasında Niyyət Protokolu imzalanıb

Aprelin 4-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Beynəlxalq Bankı arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Sənəd kiçik və orta biznesə (KOB) dəstək məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Protokola uyğun olaraq, KOBİA və Azərbaycan Beynəlxalq Bankı dövlət və özəl sektor arasında əlaqələrin daha da genişləndirilməsi, innovativ təşəbbüslərin reallaşdırılması, startap, mikro, kiçik və orta biznes subyektlərinin dəstəklənməsi və inkişafı, sahibkarların maarifləndirilməsi kimi istiqamətlərdə birgə tədbir və layihələr həyata keçirəcək. Bu əməkdaşlıq KOB subyektlərinin sərgilərdə, təcrübə mübadiləsi proqramlarında iştirakının təmin olunması, qadın, gənc və ailə sahibkarlığının inkişafına dəstək, sahibkarlar üçün müvafiq təşviqedici kampaniyaların, konqreslərin və digər bu kimi tədbirlərin təşkili, KOB-ların maarifləndirilməsini əhatə edir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Agentlik KOB-lara dəstək məqsədilə bu cür tərəfdaşlıq əlaqələrinin inkişafında maraqlıdır: “Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək birgə layihələr və tədbirlər kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində, sahibkarların maarifləndirilməsində əhəmiyyətli olacaqdır. Son nəticədə isə bütün bunlar kiçik və orta sahibkarlıq subyektlərinin ölkə iqtisadiyyatındakı rolunun möhkəmləndirilməsinə xidmət edəcəkdir”.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bununla əlaqədar bildirib: “İri korporativ müştərilərimizlə yanaşı, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, onların maliyyə xidmətlərinə çıxışının genişləndirilməsi bizim üçün prioritet məsələlərdəndir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə imzaladığımız Niyyət Protokolu inanırıq ki, bu məqsədlə planlaşdırdığımız layihələrin icrasına böyük töhfə verəcəkdir”.

Niyyət Protokoluna Azərbaycanın müxtəlif bölgələrində KOB inkişaf mərkəzlərinin yaradılması, sahibkarlara Azərbaycan Beynəlxalq Bankının təlim və innovasiya infrastrukturundan faydalanmaq üçün imkanların yaradılması, sahibkarların maliyyə savadlılığının artırılması kimi əhəmiyyətli təşəbbüslər də daxildir.