Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOB-ların məhsul və xidmətləri "Baku Build 2019" Sərgisində KOBİA elektron ticarətin payının artırılması prosesində irəli sürüləcək təşəbbüsləri dəstəkləməyə hazırdır Mikro və kiçik sahibkarların məhsulları "Baku Build 2019" Sərgisində nümayiş olunacaqKOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərdiKOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir
KOBİA-nın komandası intellektual oyunda 2-ci yeri tutub 01.06.2019
KOBİA-nın komandası intellektual oyunda 2-ci yeri tutub

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Nazirliyin əməkdaşlarının intellektual bilik və bacarıqlarının inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil edilib.

Bakı Biznes Mərkəzində keçirilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyununda Nazirliyin strukturlarından 12 komanda iştirak edib. Oyun ərzində məntiqi biliklərə əsaslanan 48 sual səsləndirilib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin "KOBİA" komandası turnirdə 2-ci yeri tutub.

Turnirin sonunda ilk üç yeri tutan komandalara kubok və fəxri fərmanlar verilib.