Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq Qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramıAzərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunubKOBİA biznes inkubatorlar üçün iştirakçıların seçilməsinə başlayıbKOB-lar üçün növbəti təlim keçirilib
KOBİA-nın Könüllü Şurasının iclası keçirilib 22.04.2019
KOBİA-nın Könüllü Şurasının iclası keçirilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Könüllü Şurasının növbəti iclası keçirilib.

Agentlik əməkdaşlarının və könüllü gənclərin iştirakı ilə təşkil olunmuş tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov qurumun “KOB Könüllüləri” Proqramı, Könüllü Şurasının fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, hazırda Agentlikdə və qurumun regionlardakı KOB dostları ilə birlikdə 50-ə yaxın könüllü fəaliyyət göstərir. Agentlikdə könüllülük fəaliyyətinin daha da genişləndirilməsi, bu istiqamətdə bir sıra layihələrin reallaşdırılması nəzərdə tutulur.

İclasda Agentlikdə, Gəncə şəhərində və Xaçmaz rayonunda KOB dostları ilə birlikdə fəaliyyət göstərən 3 könüllü gənc ayın könüllüləri seçilib.