Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“KOB Dostu” artıq Abşeronda Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb Strateji yol xəritələri üzrə görülən işlərin gedişi müzakirə edilibAsiya İnkişaf Bankının ekspertləri ilə görüşlər keçirilib Sahibkarların nəzərinə!
KOBİA-nın nümayəndələri Rusiya Federasiyasında səfərdə olub 12.02.2019
KOBİA-nın nümayəndələri Rusiya Federasiyasında səfərdə olub

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Rusiya Federasiyasının Moskva şəhərində səfərdə olub.

Səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Rusiya Federasiyasının Moskva hökumətinin naziri – Moskva şəhərinin xarici iqtisadi və beynəlxalq əlaqələr departamentinin rəhbəri Sergey Çeryomin ilə görüşüb. Görüşdə tərəflər əməkdaşlığın inkişafında maraqlı olduqlarını qeyd edib, 2019-cu ilin birinci yarısında S.Çeryominin rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə nəzərdə tutulan səfəri çərçivəsində mümkün əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

“Opora Rossii” Kiçik və Orta Sahibkarlığın Ümumrusiya İctimai Təşkilatının vitse-prezidenti Nikolay Dunayev ilə keçirilmiş görüşdə kiçik və orta sahibkarlığın inkişafı sahəsində “Opora Rossii” təşkilatının təcrübəsinin KOBİA üçün maraqlı olduğu vurğulanıb, Azərbaycan ilə Rusiya arasında keçiriləcək forumlar çərçivəsində dəyirmi masaların təşkili müzakirə edilib, təşkilatın nümayəndələri ölkəmizə səfərə dəvət olunub.

Yaponiyanın Rusiya və MDB ölkələri ilə Ticarət Assosiasiyasının (ROTOBO) Moskva nümayəndəliyinin rəhbəri Saito Daisuke ilə görüşdə isə Azərbaycan ilə Yaponiya arasında kiçik və orta sahibkarlığın inkişafı sahəsində mümkün əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb, Azərbaycanda saibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib.