Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Yerli şirkətlərin məhsullarından ibarət sərgi keçiriləcəkAzərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri müzakirə olunubKOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürübMÜSİAD təşkilatı ilə KOBİA arasında əməkdaşlıq imkanları müzakirə edilibKOB-ların maliyyələşdirilməsinə bankların marağı artır
KOBİA nümayəndələri Almaniyada bir sıra görüşlər keçirib 12.02.2020
KOBİA nümayəndələri Almaniyada bir sıra görüşlər keçirib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Almaniyada bu ölkənin Kiçik və Orta Müəssisələr Federal Assosiasiyasının (BVMW) Bavaria üzrə nümayəndəsi Akim Mişel ilə görüşüb.

Görüşdə hər iki qurumun fəaliyyəti, KOB-lara göstərilən dəstək tədbirləri barədə məlumat verilib, assosiasiyanın KOBİA ilə əməkdaşlıqda maraqlı olduğu vurğulanıb. Tərəflər KOB-ların iştirakı ilə birgə tədbirlərin keçirilməsinə, turizm və İKT sahəsində layihələrin reallaşdırılmasına, KOB-ların maliyyələşdirilməsi üzrə təcrübəyə dair fikir mübadiləsi aparıb.

Almaniyanın “BioM Biotech” Klasterlərin İnkişafı Mərkəzinin rəhbəri Hors Domdey ilə keçirilmiş görüşdə klasterləşmə sahəsində təcrübə mübadiləsinə dair müzakirələr aparılıb. Məlumat verilib ki, Azərbaycanda KOB klasterlər üçün bir sıra güzəştlər nəzərdə tutulur və KOBİA bu sahədə təsdiqedici sənədi verən səlahiyyətli qurumdur. Almaniya tərəfi isə Bavariyada əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən klasterlərə dəstəyi diqqətə çatdırıb. Görüşdə startaplara məsləhət xidmətlərinin göstərilməsi sahəsində təcrübə mübadiləsinə, tanışlıq səfərlərinin təşkilinə dair müzakirələr aparılıb.