Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA yanında İctimai Şuranın forumunda qida biznesi sahəsində müzakirələr aparılıb Füzuli rayonunda məcburi köçkün qadınlar üçün biznes sahələri yaradılıbKOB sahəsində Malayziya təcrübəsi müzakirə edilib Daxili bazar araşdırması üzrə KOB-lara dövlət dəstəyi göstərilir 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
KOBİA “Sosial Bağlar” layihəsini təşviq edir 30.12.2019
KOBİA “Sosial Bağlar” layihəsini təşviq edir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin “Sosial Bağlar” layihəsinə qoşulmasına dəstək göstərir.

Qeyd edək ki, “Sosial Bağlar” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən birgə həyata keçirilir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün KOBİA-ya müraciət etmiş Şabran rayonunun Surra kənd sakininə dəstək göstərilib və ona məxsus 60 sot pay torpağında 400 badam ağacından ibarət bağ salınıb. Bu, “Sosial Bağlar” layihəsi çərçivəsində salınmış ilk badam bağıdır.

KOBİA fəaliyyət istiqamətinə uyğun olaraq, kiçik və orta biznes nümayəndələrini dövlət dəstəyi mexanizmləri, yeni layihələr və tədbirlər barədə mütəmadi olaraq məlumatlandırır, bu mexanizmlərdən istifadə etməsi üçün sahibkarları müvafiq qurumlarla əlaqələndirir.