Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOB-ların məhsul və xidmətləri "Baku Build 2019" Sərgisində KOBİA elektron ticarətin payının artırılması prosesində irəli sürüləcək təşəbbüsləri dəstəkləməyə hazırdır Mikro və kiçik sahibkarların məhsulları "Baku Build 2019" Sərgisində nümayiş olunacaqKOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərdiKOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir
KOBİA tikiş sexinin sənədləşdirilməsində sahibkara dəstək göstərib 02.07.2019
KOBİA tikiş sexinin sənədləşdirilməsində sahibkara dəstək göstərib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Qəbələ-Oğuz “KOB Dostu” tərəfindən Oğuz rayonunda sahibkar Sənan Hacıbabayev tərəfindən yaradılmış “Erkam” əmtəə nişanı ilə məhsullar istehsal edən tikiş sexinin sənədləşdirilməsinə və mühasibatlığın milli mühasibat uçotu qaydalarına uyğunlaşdırılmasına dəstək göstərilib.

Qəbələ-Oğuz “KOB Dostu” müəssisənin sənədləşdirilməsinə dəstək olmaqla yanaşı, həm də sahibkarın öz işini Oğuz rayonunda qurmasını təşviq edib. Əvvəllər Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Sənan Hacıbabayev “KOB Dostu”nun təşviqi və dəstəyi ilə Oğuz rayonunun Xaçmaz qəsəbəsində 22 qadının çalışdığı tikiş sexini yaradıb. Bununla da dövlət-özəl tərəfdaşlığı çərçivəsində regionda sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yeni müəssisənin yaradılmasına və məşğulluğun artırılmasına dəstək göstərilib.

Məlumat üçün qeyd edək ki, Agentliyin ölkənin 13 şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” şəbəkəsi vasitəsilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə biznesə başlanması, mövcud sahibkarlıq fəaliyyətinin idarə edilməsi və innovativ üsullarla genişləndirilməsi üçün informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, digər dövlət strukturları ilə əlaqələndirmə, sahibkarların hüquqlarının qorunması istiqamətlərində dəstəklər göstərilir. Bu istiqamətlər üzrə KOB-lar Bakı şəhəri və regionlarda fəaliyyət göstərən KOB dostlarına müraciət edə bilərlər.