Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Yeni yem emalı müəssisələri fəaliyyətə başlayıbQazax rayonunda yem emalı müəssisəsi istifadəyə verilibMaliyyə savadlığının artırılmasına dair təlim keçirilibSahibkar və menecerlər Almaniyada təcrübə keçəcək Horadizdə “KOB Dostu” fəaliyyətə başlayıb, Cocuq Mərcanlıda bal emalatxanası və satış məntəqəsi açılıb
KOBİA və Azərbaycan Sənaye Korporasiyası arasında əməkdaşlıq genişlənir 11.03.2019
KOBİA və Azərbaycan Sənaye Korporasiyası arasında əməkdaşlıq genişlənir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) təşkilatçılığı ilə “Kiçik və orta biznesə dəstək: qeyri-neft sektorunda sənaye müəssisələrinin inkişafı” mövzusunda Konfrans keçirilib.

Tədbirdə KOBİA və ASK-nın nümayəndələri, eləcə də korporasiyada təmsil olunan müəssisələrin rəhbərləri iştirak ediblər.

Konfransda Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, hazırda kiçik və orta biznesə (KOB) dəstək məqsədilə tətbiq olunan mexanizmlər, nəzərdə tutulan layihələr, müvafiq sahədə qanunvericiliyə edilmiş dəyişikliklər barədə məlumat verib.

Tədbirdə ASK-da təmsil olunan müəssisələr fəaliyyətləri barədə danışıb, istehsal, satışın təşkili, ixrac, həmçinin kiçik və orta biznesə dəstək məqsədilə KOBİA və ASK-a arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, müəssisələri maraqlandıran suallar cavablandırılıb.

Konfrans çərçivəsində KOBİA və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə imzalayıblar. Memoranduma əsasən tərəflər birgə layihələrin həyata keçirilməsi, KOB-lara dəstək məqsədilə gənclərin sahibkarlığa cəlb edilməsinin təşviqi, innovativ təşəbbüslərin reallaşdırılması, KOB-ların maarifləndirilməsi, sahibkarların inkişafı üçün tələb olunan araşdırmaların aparılması və digər istiqamətlərdə əməkdaşlıq edəcəklər.