Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Yeni yem emalı müəssisələri fəaliyyətə başlayıbQazax rayonunda yem emalı müəssisəsi istifadəyə verilibMaliyyə savadlığının artırılmasına dair təlim keçirilibSahibkar və menecerlər Almaniyada təcrübə keçəcək Horadizdə “KOB Dostu” fəaliyyətə başlayıb, Cocuq Mərcanlıda bal emalatxanası və satış məntəqəsi açılıb
KOBİA və “Caspian European Club” birgə biznes forum keçirib 07.03.2019
KOBİA və “Caspian European Club” birgə biznes forum keçirib

Martın 6-da Bakıda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Caspian European Club” birgə biznes forum keçirib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun iştirakı ilə təşkil edilmiş biznes forumda Azərbaycanda biznesin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.

Biznes forumda çıxış edən KOBİA rəhbəri iştirakçıları maraqlandıran sualları cavablandırıb, Agentlik tərəfindən “KOB Dostu” şəbəkəsinin və KOB evlərinin təşkili istiqamətində işlərin davam etdiyini qeyd edib. Vurğulanıb ki, hazırda ölkənin müxtəlif şəhər və rayonlarında 12 “KOB Dostu” fəaliyyət göstərir. İlk KOB evinin bu il Bakı şəhərində fəaliyyətə başlaması nəzərdə tutulur. Agentliyin təklifləri əsasında “Kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanun layihəsi hazırlanıb, Vergi Məcəlləsinə KOB-lar üçün bir sıra yeni güzəştləri nəzərdə tutan dəyişikliklər edilib, KOB-ların müəyyənləşdirilməsi üçün yeni meyarlar təsdiq olunub, KOB-ların kommunal xidmətlərə qoşulma prosedurları sadələşdirilib, dövlət satınalmaları haqqında qanunvericiliyə mütərəqqi dəyişikliklər edilib. Hazırda KOB klasterlərin təşkili və fəaliyyətinin stimullaşdırılması, daxili bazar araşdırmaları və KOB-ların kadr potensialının artırılmasına dəstəyin göstərilməsi, sahibkarların hüquqları ilə bağlı online portalın yaradılması, KOB-ların inkişafı ilə əlaqədar təhsil-elm və tədqiqat layihələrinin maliyyələşdirilməsi kimi mexanizmlər üzərində iş aparılır.

Sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının, “Bakı Textil Fabriki” MMC-nin, “Cahan Holdinq”in və “Times Consulting” şirkətinin nümayəndələri çıxış və təqdimatlar ediblər.

Daha sonra Orxan Məmmədova “Caspian European Club”un fəxri üzvlük sertifikatı təqdim olunub. “Caspian European Club”un yeni və hazırkı üzv şirkətlərinə də sertifikatlar verilib.

Forum çərçivəsində “Cahan Holdinq” və “Caspian European Club” arasında əməkdaşlıq barədə Memorandum imzalanıb.

Tədbir çərçivəsində xüsusi olaraq "KOB Dostu" masası yaradılıb və KOBİA-nın KOB dostları vasitəsilə biznes forumda iştirak edən sahibkarların müraciət və təklifləri dinlənilib.

Qeyd edək ki, biznes forumda sahibkarlar, diplomatik qurum və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.