Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcəkAqrar sahə üzrə KOB-lara öz təsərrüfatlarında təlimlər keçirilirBMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə edilibBakı Baş Gömrük İdarəsində “KOB Dostu” fəaliyyətə başlayıb KOB-lar Regional Mətbəx Festivalında iştirak edəcəklər
KOBİA və “Ernst & Yanq Holdinqs” şirkəti əməkdaşlıq edəcək 11.07.2019
KOBİA və “Ernst & Yanq Holdinqs” şirkəti əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Ernst & Yanq Holdinqs” şirkətinin ölkəmizdəki filialı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Ernst & Yanq Holdinqs” şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri İlqar Vəliyev imzalayıblar.

Memorandum kiçik və orta biznesin inkişafının dəstəklənməsi üçün innovativ təşəbbüslərin həyata keçirilməsi, sahibkarların maarifləndirilməsi, dövlət və özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması, o cümlədən “Ernst & Yanq Holdinqs”in “Wavespace” proqramının agentlikdə tətbiqi, “Entrepreneur of the year” və “Entrepreneurial Winning Women” tədbirlərinin birgə təşkili kimi istiqamətlərdə qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində KOB subyektlərinin biznes bacarıqlarının artırılması üçün onlara təlim, məsləhət, informasiya və digər maarifləndirici xidmətlər göstəriləcək, bu məqsədlə “Ernst & Yanq Holdinqs” şirkətinin kadr potensialından və beynəlxalq təcrübəsindən istifadə ediləcək, KOB-lar üçün maarifləndirici materiallar hazırlanacaq, startapların, mikro və kiçik biznes subyektlərinin sərgilərdə və təcrübə mübadiləsi proqramlarında iştirakına birgə dəstək göstəriləcəkdir.