Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Qadın biznes inkubatorların yaradılması müzakirə edilib Turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilibKiçik və orta biznesin inkişafında ictimai şuraların rolu müzakirə edilib Azərbaycanda məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilibKOBİA ilə Bakı Ali Neft Məktəbi Anlaşma Memorandumu imzaladı
KOBİA və KOSGEB arasında əməkdaşlıq genişlənir 14.05.2019
KOBİA və KOSGEB arasında əməkdaşlıq genişlənir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Türkiyənin kiçik və orta sahibkarlığın inkişafı sahəsindəki geniş təcrübəsindən istifadə etmək məqsədilə bu ölkənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatı (KOSGEB) ilə əməkdaşlığı genişləndirəcəkdir.

Mayın 14-də Ankarada İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun KOSGEB-in sədri Cəvahir Uzkurt ilə görüşündə KOBİA-nın təşkilatın geniş təcrübəsindən yararlanmasına, hər iki ölkənin KOB subyektləri arasında əlaqələrin genişləndirilməsinə, bu sahədə birgə tədbir və layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb. Görüşdə həmçinin, KOBİA-nın və KOSGEB-in fəaliyyəti, sahibkarlara göstərdikləri xidmətlər və dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.

Görüşdən sonra KOBİA və KOSGEB arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Türkiyəyə səfər çərçivəsində nümayəndə heyəti həmçinin, Türkiyənin Sənaye və Texnologiyalar naziri Mustafa Varank və nazir müavini Çətin Əli Dönməz, Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Katılım Bankçılığı Birliyinin, “Türk Eximbank”ın nümayəndələri, İslam İnkişaf Bankının regional ofisinin rəhbərliyi ilə görüşüb, müvafiq sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.