Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görüldüMikro və kiçik sahibkarların əl işləri maraqla qarşılanırKOBİA pəşəkar təlimçiləri əməkdaşlığa dəvət edir“Maliyyə hesabatları və təhlil” mövzusunda təlim keçirilibKOBİA Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsil olunacaq
KOBİA və Polşanın Sahibkarlığın İnkişafı Agentliyi əməkdaşlığı genişləndirir 31.05.2019
KOBİA və Polşanın Sahibkarlığın İnkişafı Agentliyi əməkdaşlığı genişləndirir

Bu gün Bakıda keçirilmiş Azərbaycan-Polşa biznes forumu çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Polşa Respublikasının Sahibkarlığın İnkişafı Agentliyi (PARP) arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Polşa Respublikasının Sahibkarlığın İnkişafı Agentliyinin prezidenti Malgorzata Oleszczuk imzalayıblar.

Sənəd Azərbaycan və Polşanın kiçik və orta biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsini, KOBİA və PARP arasında əlaqələrin inkişafını, müvafiq sahədəki yeniliklər, tədbirlər barədə qarşılıqlı məlumat mübadiləsini, birgə tədbirlərin təşkilini və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.