Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görüldüMikro və kiçik sahibkarların əl işləri maraqla qarşılanırKOBİA pəşəkar təlimçiləri əməkdaşlığa dəvət edir“Maliyyə hesabatları və təhlil” mövzusunda təlim keçirilibKOBİA Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsil olunacaq
Konsultativ platforma çərçivəsində kredit təşkilatlarının biznes inkişafı imkanları müzakirə edilib 04.09.2019
Konsultativ platforma çərçivəsində kredit təşkilatlarının biznes inkişafı imkanları müzakirə edilib



Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Niyyət Protokoluna əsasən yaradılmış konsultativ platforma çərçivəsində növbəti müzakirələr keçirilib. Bu məqsədlə təşkil olunmuş görüşdə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin edilməsi haqqında layihə müzakirə edilib.

KOBİA-nın təşəbbüsü ilə təşkil olunmuş görüşdə Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nüməyəndələri iştirak ediblər. Görüşdə ölkəmizin maliyyə bazarında mikro kreditləşmə üzrə mövcud vəziyyət və təklif olunan dəyişikliklərin kiçik və orta biznes subyektlərinə təsiri müzakirə edilib, habelə Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən layihəyə dair hazırlanmış təkliflər üzrə fikir mübadiləsi aparılıb.