Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri haqqındaTədbirlər Planının icrası barədə AYİB ilə Azərbaycanın əməkdaşlıq imkanları müzakirə edilibİqtisadi artıma və sahibkarlığa əsas dəstək alətləriSahibkarların təkliflərinə İqtisadiyyat üzrə İşçi Qrupunda baxılır
Koronavirusun yaratdığı çətinliklərlə bağlı KOB-lara dəstək göstərilir 17.03.2020
Koronavirusun yaratdığı çətinliklərlə bağlı KOB-lara dəstək göstərilir





Dünyada yayılmış koronavirus (COVİD-19) infeksiyasının xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlara mümkün təsirlərinin azaldılması və bu sahədə yerli sahibkarlara dəstək göstərmək üçün “PAŞA Bank” ASC Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıqda yeni təşəbbüs irəli sürüb.

Belə ki, Çin Xalq Respublikası ilə ticarət əlaqələri olan yerli sahibkarların son zamanlar üzləşdikləri maliyyə çətinlikləri nəzərə alınaraq, “PAŞA Bank”ın müştəriləri olan yerli sahibkarlara, xüsusilə də kiçik və orta biznes subyektlərinə bu istiqamətdə həyata keçirdikləri pul köçürmələri üzrə komissiya 0,2%-ə endirilib.

Çinlə biznes əlaqələri olan “Paşa Bank” müştəriləri https://lnkd.in/eFHduin linkinə daxil olmaqla bu güzəştdən onlayn rejimdə istifadə edə bilər.