Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOB-ların məhsul və xidmətləri "Baku Build 2019" Sərgisində KOBİA elektron ticarətin payının artırılması prosesində irəli sürüləcək təşəbbüsləri dəstəkləməyə hazırdır Mikro və kiçik sahibkarların məhsulları "Baku Build 2019" Sərgisində nümayiş olunacaqKOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərdiKOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir
Əlilliyi olan şəxslər sahibkarlıq fəaliyyətinə təşviq edilir 05.07.2019
Əlilliyi olan şəxslər sahibkarlıq fəaliyyətinə təşviq edilir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt şəhərində yerləşən “KOB Dostu” ofisində “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə əlilliyi olan və digər həssas sosial qruplar arasında sahibkarlığın təşviqi, onların sahibkarlıq fəaliyyətinə cəlb olunması, kiçik və orta biznesə göstərilən dəstək mexanizmləri barədə müzakirələr aparılıb.

Bu məqsədlə keçirilmiş seminarda “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri Mirzə Məmməd-Vəliyev, Bakı Mühəndislik Universitetinin müəllimi Arif Nəcimov və Sumqayıt şəhəri üzrə “KOB Dostu” Elmar Rzayev əlilliyi olan və digər həssas sosial qrupların sahibkarlıq fəaliyyətinə cəlb olunması, bu sahədə görülən işlər, KOB-lara dövlət dəstəyi mexanizmləri barədə məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıblar.

Agentliyin Sumqayıt şəhəri üzrə “KOB Dostu” Elmar Rzayev qeyd edib ki, sahibkarlıq fəaliyyəti ilə bağlı suallarla, o cümlədən mövcud dövlət dəstəyi mexanizmləri və onlara çıxış, Agentliyin göstərdiyi xidmətlər, sahibkarların hüquq və maraqlarının müdafiəsi kimi məsələlərlə bağlı KOB-lar ölkənin 13 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostlarına müraciət edə bilərlər. Eyni zamanda KOB dostları sahibkarlara səyyar xidmətlər də göstərir. Sahibkarların, o cümlədən bizneslə məşğul olan və ya bu sahəyə maraq göstərən əlliliyi olan şəxslərin istəyinə əsasən KOB dostları özləri onların iş yerlərinə və təsərrüfatlarına gedir, müvafiq xidmətlər göstərirlər.

Məlumat üçün bildirək ki, KOBİA əlilliyi olan və digər həssas sosial qrupların sahibkarlıq fəaliyyətinə təşviq edilməsi istiqamətində “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi ilə əməkdaşlıq edir, təşkilat Agentlik yanında İctimai Şurada təmsil olunur.