Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri haqqındaTədbirlər Planının icrası barədə AYİB ilə Azərbaycanın əməkdaşlıq imkanları müzakirə edilibİqtisadi artıma və sahibkarlığa əsas dəstək alətləriSahibkarların təkliflərinə İqtisadiyyat üzrə İşçi Qrupunda baxılır
“Maliyyə hesabatları və təhlil” mövzusunda təlim keçirilib 13.09.2019
“Maliyyə hesabatları və təhlil” mövzusunda təlim keçirilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro, kiçik və orta biznes subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi məqsədilə dövlət-özəl əməkdaşlığı çərçivəsində mütəmadi olaraq müxtəlif tədbirlər, o cümlədən təlim, seminar və treninqlər təşkil olunur, sahibkarlar maarifləndirilir.

KOBİA tərəfindən KOB-ların maliyyə savadlılığının artırılması məqsədilə gənc və qadın sahibkarlar, o cümlədən biznes fəaliyyətinə yeni başlayanlar üçün sentyabrın 12-də “Maliyyə hesabatları və təhlili” mövzusunda təlim keçirilib.

Tədbir çərçivəsində Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM ) tərəfindən maliyyə hesabatlarının hazırlanması, maliyyə vəziyyəti və onun nəticələri, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti, maliyyə hesabatları əsasında qərarların qəbul olunmasına dair təqdimat keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılandırılıb.