Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görüldüMikro və kiçik sahibkarların əl işləri maraqla qarşılanırKOBİA pəşəkar təlimçiləri əməkdaşlığa dəvət edir“Maliyyə hesabatları və təhlil” mövzusunda təlim keçirilibKOBİA Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsil olunacaq
“Maliyyə hesabatları və təhlili” mövzusunda təlim keçiriləcək 05.09.2019
“Maliyyə hesabatları və təhlili” mövzusunda təlim keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə savadlılığının artırılması məqsədilə sentyabrın 12-də “Maliyyə hesabatları və təhlili” mövzusunda təlim keçiriləcək. Tədbir çərçivəsində Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM ) tərəfindən mövzu üzrə təqdimat keçiriləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaqdır.

Təlimdə iştirak etmək istəyən sahibkarlardan müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu və e-mail ünvanı) mövzu yerinə “Maliyyə hesabatları və təhlili” təlimi yazmaqla Agentliyin training@smb.gov.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Təlimdə iştirak ödənişsizdir.

Tədbirin keçirilmə tarixi və saatı: 12 sentyabr 2019-cu il, saat 11:00 – 13:00

Ünvan: Atatürk prospekti,134 (KOBİA-nın inzibati binası)

Əlaqələndirici şəxs: Urfan Nəbiyev

Tel: (+99412) 404-04-01