Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“KOB klaster şirkəti”nin meyarları” təsdiq edildi“Organic Food Festival 2019” başa çatdı Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq Gününə həsr olunmuş Gənclər Forumu keçiriləcəkBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə KOB-ların inkişafının dəstəklənməsi istiqamətində əməkdaşlıq genişləndirilirKOBİA qadın sahibkarlığın inkişafının təşkilati modellərini dəstəkləyəcək
“Maliyyə risklərinin idarə olunması” mövzusunda təlim keçirilib 30.05.2019
“Maliyyə risklərinin idarə olunması” mövzusunda təlim keçirilib

Kiçik və orta biznes subyektlərinin maliyyə savadlılığının artırılması istiqamətində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarların ehtiyacları öyrənilərək, mütəmadi olaraq tədbirlər keçirilir.

KOBİA-nın təşkilatçılığı ilə sahibkar və menecerlər üçün növbəti təlim “Maliyyə risklərinin idarə olunması” mövzusuna həsr olunub.

Təlimdə iştirakçılar Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının ixtisaslaşmış təlimçiləri tərəfindən risk və onun mahiyyəti, maliyyə risklərinin idarə edilməsi, sığorta, riskdən yayınma, risk səviyyəsinin azaldılması üsulları barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.