Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq Qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramıAzərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunubKOBİA biznes inkubatorlar üçün iştirakçıların seçilməsinə başlayıbKOB-lar üçün növbəti təlim keçirilib
Menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan əməkdaşlığı 29.11.2019
Menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan əməkdaşlığı

Noyabrın 29-da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın 10 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirə Azərbaycan və Almaniya tərəfindən rəsmi şəxslər, proqramdan yararlanaraq Almaniyada təlim və təcrübə keçmiş sahibkar və menecerlər, ümumilikdə 200-dən çox iştirakçı qatılıb.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq, Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin nümayəndəsi Haynts Hetmayer və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Almaniya iqtisadi əlaqələrinə, yerli və alman şirkətləri arasında əməkdaşlığa, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın icrasına və sahibkarlar üçün faydasına dair fikirlərini bölüşüblər.

Gələcək əməkdaşlığa dair müzakirələrin aparıldığı və təkliflərin səsləndirildiyi tədbirdə satış və marketinq sahəsində yeni texnologiyalar, innovasiyalar, Azərbaycan və Almaniyada startap hərəkatı, yeni ideyaların reallaşdırılması, menecment sahəsində dəyişikliklərin idarə olunması mövzularında panel iclaslar keçirilib.

Tədbir iştirakçıları həmçinin, proqramdan faydalanmış sahibkar və menecerlərin məhsullarından ibarət sərgi ilə tanış olublar.