Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri haqqındaTədbirlər Planının icrası barədə AYİB ilə Azərbaycanın əməkdaşlıq imkanları müzakirə edilibİqtisadi artıma və sahibkarlığa əsas dəstək alətləriSahibkarların təkliflərinə İqtisadiyyat üzrə İşçi Qrupunda baxılır
Mikro və kiçik sahibkarların əl işləri maraqla qarşılanır 13.09.2019
Mikro və kiçik sahibkarların əl işləri maraqla qarşılanır

2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi (“Gift & Promo 2019”) və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri (“AdPrint 2019”) Sərgisində mikro və kiçik sahibkarların əl işləri Bakı sakinləri və şəhərimizin qonaqları tərəfindən maraqla qarşılanır.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) tərəfdaşlığı ilə yaradılmış xüsusi stenddə əsasən qadın və əlil sahibkarlar tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və s. olmaqla ümumilikdə 50-yə yaxın çeşiddə əl işləri nümayiş olunur.

Qeyd edək ki, KOBİA mikro və kiçik sahibkarların, xüsusilə də qadın və əlil sahibkarların, startapların və gənclərin ölkəmizdə keçirilən müxtəlif sərgi və festivallarda iştirakına dəstək göstərir. Burada əsas məqsəd KOB-ların öz məhsul və xidmətlərini təqdim etməsinə, satış imkanlarını genişləndirməsinə, biznes əlaqələri qurmasına dəstək olmaqdır.