Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Yerli şirkətlərin məhsullarından ibarət sərgi keçiriləcəkAzərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri müzakirə olunubKOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürübMÜSİAD təşkilatı ilə KOBİA arasında əməkdaşlıq imkanları müzakirə edilibKOB-ların maliyyələşdirilməsinə bankların marağı artır
“Milli KSM mükafatı 2019” müsabiqəsinə yekun vurulub 24.01.2020
“Milli KSM mükafatı 2019” müsabiqəsinə yekun vurulub

Azərbaycanda Korporativ Sosial Məsuliyyətin (KSM) təşviqi məqsədilə keçirilmiş “Milli KSM mükafatı 2019” müsabiqəsi başa çatıb. Yanvarın 24-də müvafiq dövlət qurumlarının və sahibkarların iştirakı ilə keçirilmiş tədbirdə müsabiqənin qalibləri açıqlanıb.

Qeyd edək ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Asossiasiyası (AQSİA) və “Proaktiv” PR Agentliyinin birgə təşkil etdiyi müsabiqədə son bir ildə ölkəmizdə fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlər tərəfindən həyata keçirilən müxtəlif KSM layihələri təqdim edilib.

Layihələr İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “ASAN xidmət”, “ABAD”, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Gənclər Təşkilatları Milli Şurasının təmsil olunduğu komissiya tərəfindən qiymətləndirilib.

Nəticələrə əsasən, “Bakcell” (“İncəsənət vasitəsilə ünsiyyət” layihəsi), “Kapital Bank” (“İtirilmiş qızlar” layihəsi), “Norm” şirkəti (“Ustalar klubu” layihəsi), “Bank of Baku” (“Onlar sevinsin” layihəsi), “Unibank” (“Hədəf Tokio 2020” layihəsi), “AzerGold” QSC (“İqlim dəyişikliyinə qarşı mübarizə” layihəsi), “Bank Respublika” (“Mən də bacararam” layihəsi) “Milli KSM mükafatı 2019” ilə təltif olunublar.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, ölkəmizdə KSM-in inkişafına dövlət-özəl əməkdaşlığı mühüm töhfə verə bilər və sahibkarlıq subyektləri öz fəaliyyətini həyata keçirərkən sosial həssas təbəqələri diqqət mərkəzində saxlamalıdır. Bildirilib ki, Agentlik KSM sahəsinin inkişafı üçün kiçik və orta biznes subyektləri ilə əməkdaşlıq etməyə hazırdır.