Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOB-lar üçün seminar keçiriləcək KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib“KOB Dostu” Xəzər rayonunda da sahibkarlara xidmət göstərəcək KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanıldı
“Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcək 16.07.2019
“Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcək



Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Agentliyin İctimai Şurasına üzv olan Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşkilatçılığı ilə iyulun 19-da mikro, kiçik və orta sahibkarlar üçün “Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcək.

Tədbirin təşkilində məqsəd sahibkarların bazarın öyrənilməsi, marketinq, gəlir və xərclər planının hazırlanması, pul axınının idarə edilməsi barədə məlumatlandırılmasıdır.

Seminarda iştirak ödənişsizdir.

Seminar saat 15.00-da, KOBİA-nın inzibati binasında (Ünvan: Atatürk prospekti, 134) keçiriləcəkdir.

Qeydiyyat üçün əlaqəli: Urfan Nəbiyev (tel: (055) 200-03-28, e-mail: urfan.nabiyev@smb.gov.az).