Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq Qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramıAzərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunubKOBİA biznes inkubatorlar üçün iştirakçıların seçilməsinə başlayıbKOB-lar üçün növbəti təlim keçirilib
“Müəssisələrdə satış, marketinq, satışdan sonrakı xidmətlər” mövzusunda təlim keçiriləcək 16.11.2019
“Müəssisələrdə satış, marketinq, satışdan sonrakı xidmətlər” mövzusunda təlim keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Müəssisələrdə satış, marketinq, satışdan sonrakı xidmətlər” mövzusunda təlim keçiriləcək.

Tədbirin təşkilində məqsəd sahibkar və menecerlərin satış, marketinq və satışdan sonrakı xidmətlər barədə bilik və bacarıqlarının artırılması, bu istiqamətdə məlumatlandırılması, onlara məsləhət və informasiya dəstəyi göstərməkdir.

Təlimdə iştirak etmək istəyən startaplar, sahibkarlar və menecerlərdən müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu, e-mail ünvanı) Agentliyin training@smb.gov.az e-mail ünvanına “Mövzu” yerinə təlimin adını qeyd etməklə göndərmələri xahiş olunur.

Tədbirdə iştirak ödənişsizdir.

Təlimin tarixi: 21 noyabr 2019-cu il

Təlim saatı: 10:00 – 12:00

Ünvan: Bakı şəhəri, Atatürk prospekti, 134 (KOBİA-nın inzibati binası)

Əlaqələndirici şəxs: Urfan Nəbiyev ((+99412) 404-04-01).