Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq Qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramıAzərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunubKOBİA biznes inkubatorlar üçün iştirakçıların seçilməsinə başlayıbKOB-lar üçün növbəti təlim keçirilib
Məzun könüllülərə sertifikatlar təqdim olunub 21.09.2019
Məzun könüllülərə sertifikatlar təqdim olunub

Daha bir qrup gənc Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) könüllü fəaliyyətini uğurla başa çatdırıb.

Gənclərə peşəkar əmək fəaliyyətinə başlayanadək əmək vərdişlərinin aşılanması, onların bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, sahibkarlara dəstək məqsədilə gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsinin təşviqi məqsədilə Agentlikdə həyata keçirilən "KOB Könüllüləri Proqramı"nın məzunlarına KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tərəfindən məzun sertifikatları təqdim olunub.

İndiyədək 70-ə yaxın gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub. Onlardan 25-i hazırda Agentlikdə və regionlardakı “KOB Dostu” şəbəkəsində könüllü kimi çalışır. KOBİA-da könüllü fəaliyyətini uğurla başa vuran gənclər müvafiq təcrübə əldə etməklə karyera imkanlarını genişləndirir və uğurla əmək bazarına daxil olurlar.

Məzun könüllülərimizə gələcək fəaliyyətlərində uğurlar arzu edirik!