Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Çinin "Lookwe" jurnalı KOBİA haqqında Yanğından zərər çəkmiş sahibkarlara dəstək tədbirləri davam etdirilirKiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üçün sənəd imzalanıb Füzuli rayonunda yem emalı müəssisəsi istifadəyə verilibSumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb
Peşə təhsili müəssisələri məzunlarının özünüməşğulluq imkanlarının artırılmasına dair təlim keçirilib 05.04.2019
Peşə təhsili müəssisələri məzunlarının özünüməşğulluq imkanlarının artırılmasına dair təlim keçirilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə aprelin 3-də Gəncə şəhərində yerləşən 2 saylı Peşə Liseyində peşə təhsili sistemində sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi və mövcud təcrübələrin təşviqi məqsədilə “Peşə təhsili müəssisələri məzunlarının özünüməşğulluq imkanlarının artırılması” mövzusunda təlim keçirilib.

Tədbirdə “Peşə təhsili müəssisələri məzunlarının özünüməşğulluq imkanlarının artırılmasında KOB subyektlərinin rolu”, “Öz biznesinə necə başlamalı?”, “Menecerlikdən sahibkarlığa doğru” mövzularında “166 Yük Taksisi” MMC-nin icraçı direktoru tərəfindən təqdimatlar keçirilib, interaktiv müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təkliflər səsləndirilib.

Kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə keçirilmiş təlimdə KOBİA-nın, İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin, Gəncə şəhər Gənclər və İdman İdarəsinin, Gəncə Gənclər Evinin, Gəncədə fəaliyyət göstərən ali və orta təhsil müəssisələri, peşə məktəbləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri və tələbələr iştirak ediblər.