Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA yanında İctimai Şuranın forumunda qida biznesi sahəsində müzakirələr aparılıb Füzuli rayonunda məcburi köçkün qadınlar üçün biznes sahələri yaradılıbKOB sahəsində Malayziya təcrübəsi müzakirə edilib Daxili bazar araşdırması üzrə KOB-lara dövlət dəstəyi göstərilir 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramı 13.12.2019
Qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramı

Dekabrın 13-də qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramına başlanmasına dair tədbir keçirilib.

Qadın sahibkarlar üçün nəzərdə tutulmuş "Scale Up" akselerator proqramı "Azərbaycan işgüzar qadınları" təşkilatının təşəbbüsü, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ-ın Azərbaycandakı Səfirliyi, “PAŞA Bank” və "PwC Azerbaijan" şirkətlərinin birgə dəstəyi ilə reallaşdırılır.

Proqramın əsas məqsədi qadınların iqtisadiyyatdakı rolunu və təsirini gücləndirmək, onların bizneslərinin inkişafının sürətləndirilməsi və böyüməsi üçün lazımi dəstəyi göstərmək və uyğun şərait yaratmaqdır. Səkkiz həftə davam edəcək "Scale Up" akselerator proqramı çərçivəsində iştirakçılar rəqəmsal transformasiya, kommunikasiya, investisiya qaydaları və özünüinkişaf kimi mövzularda bilik və bacarıqlar əldə edəcəklər.

Proqrama müraciət üçün onlayn qeydiyyat www.abw.az saytı üzərindən 28 dekabr 2019-cu il tarixinədək davam edəcək. Seçilmiş namizədlər 8 həftə davam edəcək proqramda iştirak etmək hüququnu qazanacaqlar.