Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri haqqındaTədbirlər Planının icrası barədə AYİB ilə Azərbaycanın əməkdaşlıq imkanları müzakirə edilibİqtisadi artıma və sahibkarlığa əsas dəstək alətləriSahibkarların təkliflərinə İqtisadiyyat üzrə İşçi Qrupunda baxılır
Qadınların Liderliyi üzrə Yay məktəbinin iştirakçıları KOBİA-da olublar 24.09.2019
Qadınların Liderliyi üzrə Yay məktəbinin iştirakçıları KOBİA-da olublar

“Qadınların Liderliyi üzrə Yay məktəbi”nin iştirakçıları Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olublar.

Ölkəmizin müxtəlif şəhər və rayonlarını təmsil edən gənc potensial qadın sahibkarlarla keçirilmiş görüşdə KOBİA-nın fəaliyyəti, qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması istiqamətində görülən işlər və dəstək tədbirləri barədə ətraflı məlumat verilib, biznesin qurulması və inkişafı ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi tərəfindən təşkil olunmuş “Qadınların Liderliyi üzrə Yay məktəbi”nin iştirakçıları sahibkarlıq fəaliyyətinə maraq göstərdiklərini, bu sahədə onları maraqlandıran suallar, informasiya, məsləhət, əlaqələndirmə və digər xidmətlər, eləcə də dəstək tədbirləri üçün KOBİA-ya və regionlarda fəaliyyət göstərən KOB dostlarına müraciət edəcəklərini bildiriblər.

Qeyd edək ki, “Qadınların Liderliyi üzrə Yay məktəbi”nin bir neçə iştirakçısı KOBİA-nın və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə təşkilatçılığı ilə sentyabrın 26-da Naftalanda keçiriləcək sərgi-satış yarmarkasında öz məhsullarını nümayiş etdirəcəklər.