Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“KOB könüllüləri”ndən nümunəvi aksiya“KOB könüllüləri”ndən özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlara dəstək Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir​Almaniya Azərbaycan şirkətlərinin layihələrini dəstəkləməyi təklif edir KOBİA sahibkarlarla onlayn görüşlər keçirir
Qazaxıstanın Azərbaycandakı səfiri KOBİA-da olub 27.11.2019
Qazaxıstanın Azərbaycandakı səfiri KOBİA-da olub

Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə Agentliyin fəaliyyəti, mikro, kiçik və orta sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verilib, KOB sahəsində, eləcə də kənd təsərrüfatı və turizm sektorlarında mümkün əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, KOBİA nümayəndə heyəti bu ilin mayında Qazaxıstana səfər çərçivəsində “Damu” Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb, bir sıra görüşlər keçirib. Agentlik KOB sahəsində ən yaxşı beynəlxalq təcrübələrin öyrənilməsində maraqlıdır və bu sahədə Qazaxıstan təcrübəsi də əhəmiyyətlidir.

Görüşdə həmçinin, 2020-ci ildə Qazaxıstanda keçiriləcək sərgilərdə Azərbaycan KOB-larının iştirakının mümkünlüyü məsələləri müzakirə edilib.