Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Çinin "Lookwe" jurnalı KOBİA haqqında Yanğından zərər çəkmiş sahibkarlara dəstək tədbirləri davam etdirilirKiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üçün sənəd imzalanıb Füzuli rayonunda yem emalı müəssisəsi istifadəyə verilibSumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb
Regionlarda KOB dostları ilə sahibkarlar arasında görüşlər keçirilir 18.01.2019
Regionlarda KOB dostları ilə sahibkarlar arasında  görüşlər keçirilir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostları yeni kiçik və orta biznes subyektlərinin (KOB) yaradılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də sahibkarları maraqlandıran digər məsələlərlə bağlı kiçik və orta biznes təmsilçiləri ilə görüşlər keçirir.

KOB dostlarının Quba və Xaçmazda bağçılıq, Siyəzən və Şabranda heyvandarlıq, Masallı və Qusarda mebel istehsalı sahələrində fəaliyyət göstərən kiçik və orta biznes nümayəndələri ilə keçirilmiş görüşlərində sahibkarları maraqlandıran məsələlərə dair ətraflı müzakirələr aparılıb, müvafiq sahələrdə həyata keçirilən dövlət dəstəyi tədbirləri, onlardan yararlanmaq imkanları barədə məlumat verilib, KOB-ları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “KOB Dostu” kiçik və orta biznesə dəstək məqsədilə yaradılmış önəmli mexanizmlərindən olmaqla, regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə birbaşa ünsiyyətdə olur. Hazırda Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Gəncə və Yevlaxda “KOB Dostu” fəaliyyət göstərir. Ölkənin bütün regionlarını əhatə edəcək “KOB Dostu” şəbəkəsi dövlət-sahibkar dialoqunun nümunəsi olmaqla, regionlarda sahibkarların inkişaf təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, KOB-ların yaranması və inkişafının bütün mərhələlərində dəstəyin göstərilməsi, onların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir.