Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA elektron ticarətin payının artırılması prosesində irəli sürüləcək təşəbbüsləri dəstəkləməyə hazırdır Mikro və kiçik sahibkarların məhsulları "Baku Build 2019" Sərgisində nümayiş olunacaqKOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərdiKOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir “Biznes-modelin və biznes-planın hazırlanması” mövzusunda təlim keçiriləcək
Sahibkar və menecerlər Almaniyada ixtisasartırma kursunda olub 08.07.2019
Sahibkar və menecerlər Almaniyada ixtisasartırma kursunda olub

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə sahibkar və menecerlərin Almaniyada növbəti ixtisasartırma kursu başa çatıb.

“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 18 sahibkar və menecer 11 iyun - 6 iyul tarixlərində Almaniyanın Heydelberq şəhərində yerləşən “AHP-International” Tədris Mərkəzində təlimlərdə, müvafiq müəssisələrdə istehsalat təcrübəsində iştirak ediblər.

Kurs müddətində sahibkar və menecerlər “Mercedes-Benz”də və digər istehsal müəssisələrində olub, turizm, İKT və digər sahələr üzrə ixtisaslaşmış şirkətlərdə işgüzar görüşlər keçiriblər.

Təlim müddətində həmçinin, hər iki ölkənin adət-ənənələri ilə tanışlıq məqsədilə mədəni tədbirlər təşkil olunub, Azərbaycanın qədim tarixini, mədəniyyətini əks etdirən əl işləri və yerli məhsullarımız nümayiş olunub.

Qeyd edək ki, indiyədək 419 sahibkar və menecer “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.