Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“KOB klaster şirkəti”nin meyarları” təsdiq edildi“Organic Food Festival 2019” başa çatdı Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq Gününə həsr olunmuş Gənclər Forumu keçiriləcəkBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə KOB-ların inkişafının dəstəklənməsi istiqamətində əməkdaşlıq genişləndirilirKOBİA qadın sahibkarlığın inkişafının təşkilati modellərini dəstəkləyəcək
Sahibkar və menecerlər üçün maarifləndirici seminar təşkil edilib 16.05.2019
       Sahibkar və menecerlər üçün maarifləndirici seminar təşkil edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro və kiçik sahibkarların maliyyə savadlılığının artırılması üçün müxtəlif tədbirlər – təlim, treninq və seminarlar keçirir. KOBİA-nın təşkilatçılığı ilə sahibkar və menecerlər üçün növbəti belə seminar “Biznes planın hazırlanmasında maliyyə planlaşdırılması və investisiya tələbinin əsaslandırılması” mövzusunda keçirilib.

Tədbirdə maliyyə sahəsində ixtisaslaşmış təlimçilər tərəfindən iştirakçılara biznes və maliyyə planının hazırlanması, maliyyə vəsaitləri dövriyyəsinin proqnozlaşdırılması, layihənin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi, maliyyə risklərinin minimuma endirilməsi yolları barədə ətraflı məlumat verilib.

Seminarda iştirak edən sahibkar və menecerlər həmçinin, ixrac sahəsində mövcud qanunvericilik, ixracatçılara tətbiq edilən güzəştlər, stimullaşdırıcı tədbirlər, ixrac bazarları, bu sahədə beynəlxalq standartlar barədə məlumatlandırılıb.