Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Sahibkarlarla daha bir görüş“Müəssisələrdə satış, marketinq, satışdan sonrakı xidmətlər” mövzusunda təlim keçiriləcəkKOBİA-nın iştirakı ilə istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilibKOBİA “Huawei” şirkəti ilə əməkdaşlıq edəcək KOB-ların maliyyələşdirilməsinə dair ictimai müzakirə təşkil edilib
Sahibkarlar və özünüməşğulluq proqramına qoşulmuş fermerlər KOBİA-nın onlayn maarifləndirmə tədbirindən yararlanıblar 06.11.2019
Sahibkarlar və özünüməşğulluq proqramına qoşulmuş fermerlər  KOBİA-nın onlayn maarifləndirmə tədbirindən yararlanıblar

Mikro, kiçik və orta sahibkarlıq subyektlerinin müxtəlif mövzularda məlumatlandırılması məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və müvafiq dövlət qurumlarının iştirakı ilə onlayn maarifləndirmə tədbirləri keçirilir.

KOBİA-nın təşkilatçılığı, Azərbaycan Dövlət İqtisad Universiteti, Kənd Təsərrüfatı Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin dəstəyi ilə növbəti belə onlayn maarifləndirmə tədbiri noyabrın 6-da aqrar sektorda fəaliyyət göstərən KOB-lar və özünüməşğulluq proqramına qoşulmuş fermerlər üçün təşkil edilib.

Sahibkarların və özünüməşğulluq proqramına qoşulmuş fermerlərin onlayn maarifləndirmə tədbirindən daha çox faydalanması və aqrar sahədəki son yeniliklər barədə ətraflı məlumatlandırılmaları üçün KOBİA-nın mərkəzi ofisində, eləcə də ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən “KOB Dostu” ofislərində və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) zəruri təşkilati və texniki imkanlar yaradılıb.

Onlayn tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri sahibkarları və fermerləri aqrar sahəyə göstərilən dövlət dəstəyi tədbirləri, o cümlədən kənd təsərrüfatı texnikasının və damazlıq heyvanların lizinq üsulu ilə verilməsi, mineral gübrə və pestisidlərin güzəştlə satılması, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili, güzəştli kreditlərin verilməsi, eləcə də 2020-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq olunacaq yeni subsidiya qaydaları barədə məlumatlandırıblar.

Tədbir çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən sahibkarların və özünüməşğulluq proqramına qoşulmuş fermerlərin çoxsaylı sualları cavablandırılıb.

Ümumilikdə onlayn maarifləndirmə tədbirindən 1300-dən çox sahibkar və fermer yararlanıb.

Onlayn maarifləndirmə tədbiri KOBİA-nın və Kənd Təsərrüfatı Nazirliyinin “Facebook” səhifələrindən birbaşa yayımlanıb.