Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq Qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramıAzərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunubKOBİA biznes inkubatorlar üçün iştirakçıların seçilməsinə başlayıbKOB-lar üçün növbəti təlim keçirilib
Sahibkarların müraciətləri müsbət həll olunub 11.06.2019
Sahibkarların müraciətləri müsbət həll olunub



Sumqayıt şəhərində öz həyətyanı sahələrində arıçılıq təsərrüfatı ilə məşğul olan sahibkarlar - Vüqar Hüseynov və Kalam Bayramov tərəfindən arıçılıq fəaliyyətinin identikləşdirilməsi üçün hər arı ailəsinə görə nəzərdə tutulan subsidiyanın ödənilməsinə dair Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət daxil olmuşdur.

Agentliyin Sumqayıt şəhəri üzrə “KOB Dostu”nun və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində sahibkarların müraciəti öz müsbət həllini tapmış və onlara subsidiyaların ödənilməsi təmin edilmişdir.