Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“KOB Dostu” artıq Abşeronda Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb Strateji yol xəritələri üzrə görülən işlərin gedişi müzakirə edilibAsiya İnkişaf Bankının ekspertləri ilə görüşlər keçirilib Sahibkarların nəzərinə!
Sahibkarların nəzərinə! 30.01.2019
Sahibkarların nəzərinə!


Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə 31 yanvar 2019-cu il tarixində, saat 11.00-da mikro, kiçik və orta sahibkarlar üçün Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı onlayn təlim keçiriləcək.

Təlimə ölkənin istənilən yerindən internet vasitəsilə elektron resurslardan (komyuter və mobil telefon) istifadə etməklə qoşulmaq mümkündür:

- Kompyuter vasitəsilə: https://zoom.us/client/latest/ZoomInstaller.exe linkinə daxil olmaq və 366599138 parolunu yığmaqla;

- iPhone vasitəsilə “App Store”dan “Zoom Cloud Meetings” tətbiqini yükləməklə;

- Android vasitəsilə “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləməklə.

Regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar təlimə istənilən yerdən birbaşa qoşulmaqla yanaşı, Agentliyin Masallı (Masallı Sənaye Məhəlləsi), Quba (Heydər Əliyev Mərkəzi), Qusar (Gənclər Evi), Xaçmaz (Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi), Siyəzən (Gənclər Evi), Gəncə (Gənclər Evi) və Yevlax (Aran Regional İnkişaf Mərkəzi) rayonlarında olan “KOB Dostu” mərkəzlərinə gəlməklə də təlimdə iştirak edə bilərlər.

Təlimə qoşulmaqla bağlı istənilən məsələ ilə əlaqədar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edə bilərsiniz ((055) 525-30-30, Adil Əhmədov).

1. 2.

3.4.