Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq Qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramıAzərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunubKOBİA biznes inkubatorlar üçün iştirakçıların seçilməsinə başlayıbKOB-lar üçün növbəti təlim keçirilib
Sahibkarlarla daha bir görüş 19.11.2019
Sahibkarlarla daha bir görüş

Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Abşeron rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Görüşdə KOBİA ilə yanaşı, Abşeron rayonu üzrə Dövlət Aqrar İnkişaf və Məşğulluq mərkəzlərinin, Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndələri iştirak ediblər.

Tədbirdə sahibkarları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb və qaldırılan məsələlərin araşdırılacağı bildirilib. Görüşdə KOBİA-nın fəaliyyəti, sahibkarlara göstərilən dəstək tədbirləri və ölkənin 16 şəhər və rayonunda, o cümlədən Abşeron rayonunda fəaliyyət göstərən “KOB Dostu” mexanizmi barədə məlumat verilib. Bildirilib ki, sahibkarlar biznesin qurulması və genişləndirilməsi, eləcə də sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərlə “KOB Dostu”na müraciət edə bilərlər.

Sahibkarların problemlərinin yerində öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə KOBİA tərəfindən aidiyyəti qurumların iştirakı ilə belə görüşlər digər Bakıətrafı qəsəbələrdə, həmçinin regionlarda da təşkil olunacaqdır.