Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq Qadın sahibkarlar üçün "Scale Up" akselerator proqramıAzərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunubKOBİA biznes inkubatorlar üçün iştirakçıların seçilməsinə başlayıbKOB-lar üçün növbəti təlim keçirilib
Startaplar və sahibkarlar üçün seminar keçirilib 09.09.2019
Startaplar və sahibkarlar üçün seminar keçirilib

Mikro, kiçik və orta biznes subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dövlət-özəl əməkdaşlığı çərçivəsində mütəmadi olaraq birgə təlim, seminar, treninq və bu kimi tədbirlər təşkil olunur, sahibkarlar maarifləndirilir.

KOBİA-nın dəstəyi ilə mikro və kiçik sahibkarlıq subyektləri üçün “İş yerində bədən dili” mövzusunda seminar keçirilib.

Tədbirdə “EduMark Consulting” şirkəti tərəfindən startaplara və sahibkarlara, o cümlədən gənc və qadın sahibkarlara iş mühitində rəhbər və digər şəxslərlə münasibətlərin idarə olunması, effektiv əlaqələrin qurulması, “bədən dili”ndən (jest, mimika və s.) düzgün istifadə barədə nəzəri və praktik məlumatlar təqdim olunub.