Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“KOB könüllüləri”ndən nümunəvi aksiya“KOB könüllüləri”ndən özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlara dəstək Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir​Almaniya Azərbaycan şirkətlərinin layihələrini dəstəkləməyi təklif edir KOBİA sahibkarlarla onlayn görüşlər keçirir
Startaplar və yeni biznesə başlayanlar üçün təlim keçirilib 02.10.2019
Startaplar və yeni biznesə başlayanlar üçün təlim keçirilib

Startap layihələrinin yaradıcıları, biznes fəaliyyətinə başlamaq istəyənlər və sahibkarlar üçün “İnnovativ layihələrin ilkin hazırlıq və yaradılması prosesində məsləhət” mövzusunda təlim keçirilib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş təlimin məqsədi sahibkar düşüncə tərzinin təşviqi, yeni ideyaları olan gəncləri, startapları, eləcə də yeni məhsullar və xidmətlər yaratmaq istəyən sahibkarları bu istiqamətdə məlumatlandırmaq, informasiya və məsləhət xidməti göstərməkdir.

Təlimdə innovativ sahibkarlıq ekosisteminin inkişafı üzrə beynəlxalq ekspert, "Innova Ventures Group"un rəhbəri Vüsal Süleymanlı iştirakçıları startapların, innovativ layihələrin müasir metodologiya (design thinking) və yeni texnologiyalar əsasında formalaşdırılması, idarə edilməsi, kommersiyalaşması, yerli və beynəlxalq bazarlarda inkişafı, eləcə də biznes inkubatorlar tərəfindən startaplara mentorluq, konsaltinq və informasiya xidmətlərinin göstərilməsi metodları barədə məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıb.

Tədbirdə həmçinin, Aran Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun məzunu, KOBİA-nın əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində Almaniyada 1 ay müddətində təlim və təcrübə keçmiş, hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əziz Əzimov öz təcrübəsini bölüşüb.