Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcəkAqrar sahə üzrə KOB-lara öz təsərrüfatlarında təlimlər keçirilirBMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə edilibBakı Baş Gömrük İdarəsində “KOB Dostu” fəaliyyətə başlayıb KOB-lar Regional Mətbəx Festivalında iştirak edəcəklər
Strateji yol xəritəsinin icra vəziyyəti müzakirə olunub 03.07.2019
Strateji yol xəritəsinin icra vəziyyəti müzakirə olunub

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti müzakirə edilib.

Bununla bağlı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) sözügedən strateji yol xəritəsi üzrə yaradılmış müvafiq işçi qruplarının növbəti iclasları keçirilib.

İqtisadiyyat, Təhsil, Rabitə və Yüksək Texnologiyalar, Ədliyyə, Gənclər və İdman nazirliklərinin, KOBİA-nın, Azərbaycan Milli Elmlər Akademiyasının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclaslarda biznes inkubatorların inkişafı, sahibkar düşüncə tərzinin təşviqində beynəlxalq təcrübənin öyrənilməsi, KOB subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi, dövlət-özəl əməkdaşlığının genişləndirilməsi, biznes assosiasiyalarının gücləndirilməsi, qadın sahibkarlığına informasiya dəstəyinin göstərilməsi, KOB-lar üçün model müəssisələrin yaradılması və Strateji Yol Xəritəsində nəzərdə tutulan digər istiqamətlərdə görülmüş işlər müzakirə edilib, növbəti dövr üçün hədəflər və fəaliyyət istiqamətləri müəyyən edilib.