Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Yerli şirkətlərin məhsullarından ibarət sərgi keçiriləcəkAzərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri müzakirə olunubKOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürübMÜSİAD təşkilatı ilə KOBİA arasında əməkdaşlıq imkanları müzakirə edilibKOB-ların maliyyələşdirilməsinə bankların marağı artır
Səudiyyə İnkişaf Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib 13.02.2020
Səudiyyə İnkişaf Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib



Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində ölkəmizdə səfərdə olan Səudiyyə İnkişaf Fondunun nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Azərbaycanda yerli və xarici investorlar üçün yaradılmış əlverişli biznes mühitivə sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri diqqətə çatdırılıb, hər iki ölkənin müvafiq qurumları arasında KOB sahəsində təcrübə mübadiləsinə, KOB subyektlərinin əlverişli maliyyə resurslarına və xarici bazarlara çıxış imkanının genişləndirilməsi sahəsində birgə layihələrə, eləcə də qarşılıqlı maraq kəsb edən digər sahələr üzrə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.