Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Çinin "Lookwe" jurnalı KOBİA haqqında Yanğından zərər çəkmiş sahibkarlara dəstək tədbirləri davam etdirilirKiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üçün sənəd imzalanıb Füzuli rayonunda yem emalı müəssisəsi istifadəyə verilibSumqayıtda “KOB Dostu” fəaliyyətə başlayıb
Ticarət mərkəzindən malların çıxarılmasına başlanılıb 09.04.2019
Ticarət mərkəzindən malların çıxarılmasına başlanılıb





Aprelin 6-dan etibarən sahibkarlar Bakının Nizami rayonunda yerləşən yanğın baş vermiş ticarət mərkəzindən mallarının çıxarılmasına başlayıblar.

İqtisadiyyat, Maliyyə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilir, yanğın nəticəsində yararsız vəziyyətə düşmüş mallar isə müvafiq akt tərtib edilməklə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilir.

Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla təmin olunurlar.

Artıq 75 sahibkar mallarını ticarət mərkəzindən çıxarıblar.