Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görüldüMikro və kiçik sahibkarların əl işləri maraqla qarşılanırKOBİA pəşəkar təlimçiləri əməkdaşlığa dəvət edir“Maliyyə hesabatları və təhlil” mövzusunda təlim keçirilibKOBİA Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsil olunacaq
Ufa şəhərində kiçik biznes üzrə Forum keçiriləcək 02.09.2019
Ufa şəhərində kiçik biznes üzrə Forum keçiriləcək




Rusiya Federasiyasının Ufa şəhərində 26–27 sentyabr 2019-cu il tarixlərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) ölkələrinin kiçik biznes üzrə 5-ci Forumu keçiriləcək.

Tədbir çərçivəsində kiçik biznesin inkişafı mövzusunda plenar iclas, işgüzar dairələrin nümayəndələri arasında görüşlər, turizm, innovasiyalar, logistika sahələrində əməkdaşlıq imkanlarının müzakirəsi planlaşdırılır.

Forumda iştirak etməkdə maraqlı olan sahibkarlıq subyektləri ətraflı məlumat üçün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (Firuzə Qardaşxanova, telefon: (+994 12) 404-04-01, e-mail: firuza.gardashkhanova@smb.gov.az) və tədbirin Ufa şəhəri üzrə əlaqələndiricisinə müraciət edə bilərlər (telefon: +7(347) 276-30-36, e-mail: office@tpprb.ru , sayt: http://sco-brics.ru/ru).