Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı 7-ci qrant müsabiqəsi elan edilir KOBİA nümayəndələri “WCF Africa 2025” Sammitində iştirak edib KOBİA nümayəndələri Əbu-Dabidə keçirilən İllik İnvestisiya Toplantısında iştirak ediblər “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində ödənişsiz olaraq məhsul və xidmətlərini nümayiş etdirmək istəyən istehsalçıların nəzərinə! Azərbaycan Qəhvə Çempionatı keçirilib “AIM Congress”in Beynəlxalq Startap Yarışmasında ölkəmizi bu startap təmsil edəcək Gənclərin sahibkarlıq fəaliyyətinə marağı artır İnnovativ startaplar yerli bazarı hərəkətləndirir II HİSSƏ Seçim sadədir: Yerli istehsal olmalı, məhsulu istehsalçı özü satmalı, məhsullar təzə və keyfiyyətli olmalıdır İnnovativ startaplar yerli bazarı hərəkətləndirir
KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı 7-ci qrant müsabiqəsi elan edilir
KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı 7-ci qrant müsabiqəsi elan edilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə 7-ci qrant müsabiqəsini elan edir. 

 Şərtlər: 

- Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər;

- Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır;

- Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir;

- Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır;

- Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz;

- Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır;

- Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına 01.07.2025-ci il tarixindən başlanılması nəzərə alınmalıdır; 

- Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.

Powered by Froala Editor

KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı 7-ci qrant müsabiqəsi elan edilir

KOBİA tərəfindən göstərilən dəstək və xidmətlərin qiymətləndirilməsi sorğusu

KOBİA tərəfindən göstərilən dəstək və xidmətlərdən yararlanmısınızmı?
KOBİA tərəfindən göstərilən dəstək və xidmətləri biznesin qurulması və inkişafı üçün yetərli hesab edirsinizmi?
KOBİA-nın göstərdiyi xidmətlərə əlçatanlığı necə qiymətləndirirsiniz?
KOBİA-nın fəaliyyətini beş ballıq sistem üzrə qiymətləndirməyinizi xahiş edirik.
KOBİA-nın hansı dəstək və xidmətlərindən yararlanmısınız?
KOBİA tərəfindən daha hansı dəstək və xidmətlərin göstərilməsini istərdiniz?

Sorğuda iştirak etdiyiniz üçün təşəkkür edirik!