Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA Gəncəsənət - Sərgi-Satış Yarmarkasında iştirak edib İBF və MUSİAD nümayəndələri ilə müzakirələr aparılıb 2021-2022-ci illər üçün “EY İlin İş Adamı” müsabiqəsinə start verildi Neftçala və Salyan sahibkarlarına məsləhət xidmətləri göstərilib Sahibkarlar arasında mini futbol turniri keçiriləcək Azərbaycanda Sosial Sahibkarlıq Forumu keçirilib Gəncədə incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-satış yarmarkası keçiriləcək KOB inkişaf mərkəzləri sahibkarlar arasında əlaqələrin genişlənməsinə dəstək göstərir KOB-ların uçot və hesabatlığının sadələşdirilməsi və təkmilləşdirilməsi imkanları müzakirə edilib “Qiymətli kağızların buraxılışı və Fond Birjasında listinq” mövzusunda təlim keçirilib
Mehman Abbasİdarə Heyətinin sədr müavini
cIUmDeWb5uF4Nm8dpUx1Ms3Q8knKTa57

Mehman Akif oğlu Abbas 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1997-ci ildə Niderlandın Amsterdam Universitetində biznes inzibatçılığı ilə magistr dərəcəsini (MBA) almışdır.

1998-2001-ci illərdə Niderlandın bir sıra beynəlxalq miqyaslı transmilli şirkətlərinin Xəzər hövzəsi regionu üzrə biznesin inkişafı məsələlərinə rəhbərlik etmiş, iqtisadiyyatın bir sıra sahələrində, o cümlədən energetika, nəqliyyat, kənd təsərrüfatı və ekologiya sahələrində milli və regional əhəmiyyətli layihələri icra etmişdir.

2001-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən İnvestisiyalar və beynəlxalq iqtisadi əməkdaşlıq departamentinin direktorunun müavini, Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramı Katibliyinin rəhbəri, Davamlı İnkişaf və Regional Siyasət Departamentinin direktoru vəzifəsində çalışmış, bir sıra dövlət proqramlarının hazırlanması və icrasına rəhbərlik etmişdir. Həmin dövr ərzində həmçinin, BMT-nin İqtisadi və Sosial Şurasına üzvlükdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə İşçi Qrupunun rəhbərinin müavini, eləcə də milli məşğulluq strategiyasının hazırlanması üzrə dövlət əlaqələndirmə komissiyasının üzvü olmuşdur.

2009-2011-ci illərdə Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Aparat rəhbəri vəzifəsində fəaliyyətini davam etdirmiş, bu dövr ərzində Komitənin hüquqi və funksional restrukturizasiya məsələlərini yekunlaşdırmış, kapital bazarlarının yaradılması və inkişaf etdirilməsi üzrə yeni dövlət siyasətinin formalaşdırılması və müvafiq dövlət proqramının hazırlanması üzrə işçi qrupuna rəhbərlik etmişdir.

2011-2014-cü illərdə Azərbaycan Respublikasının da üzv olduğu İslam İnkişaf Bankı Qrupunda strateji idarəetmə məsələlərinə, o cümlədən yeni qlobal strateji inkişaf təşəbbüslərinin formalaşdırılması proqramlarına rəhbərlik etmiş, Qrup ilə üzv olmayan ölkələr arasında (Rusiya, Çin, Hindistan və s.) strateji əməkdaşlıq portfelinin kurasiyasını aparmış, eləcə də İslam İnkişaf Bankı Qrupunun yeni ortamüddətli inkişaf strategiyasının hazırlanmasında bilavasitə iştirak etmişdir.

2014-2018-ci illərdə özəl sektorda sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, maliyyə, infrastruktur və ekologiya sahələrində bir sıra əhəmiyyətli layihələr həyata keçirmişdir.

Harvard Universitetinin Kennedi Dövlət İdarəetmə Məktəbi, London İqtisadiyyat Məktəbi və bir sıra digər mötəbər beynəlxalq təlim mərkəzlərində idarəetmənin müxtəlif sahələrinə dair ixtisasartırma kurslarını bitirmişdir.

2018-2019-cu illərdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müşaviri olmuş, 16 may 2019-cu il tarixindən isə Agentliyin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, iki övladı var.

Powered by Froala Editor

Telefon: (+994 12) 404-04-01

Mail: mehman.abbas@smb.gov.az

Powered by Froala Editor