Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Azərbaycanın KOB sahəsində təcrübəsinə dair ICSB üzvləri üçün təqdimat keçirilib Tikinti biznesinə dair ictimai müzakirə təşkil olunub KOBİA işğaldan azad edilmiş ərazilərdə qadın sahibkarların biznes təşəbbüslərini dəstəkləməyə hazırdır Azərbaycan sahibkarları Antaliya sərgisindən distribüterlik və ixracla bağlı ilkin razılaşmalarla qayıdıblar KOBİA-da 2021-ci ilin yekunları ilə bağlı Mətbuat Konfransı keçirilib İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının nümayəndələri KOBİA-da olublar Mikro və kiçik sahibkarların ticarət şəbəkələrinə çıxışına dəstək üçün müraciətlərin qəbuluna başlandı “Sancaktar” şirkəti ilə görüş keçirilib Sahibkarlar peşəkar kadrlarla çalışmağa üstünlük verməlidir Azərbaycan məhsulları Beynəlxalq Qida və İçki Sərgisində nümayiş olunur
E-KOB Evi

E-KOB evi portalı” – sahibkarların işini dövlət qurumları və digər sahibkarlarla əlaqələndirəcək, sahibkarlığın təchizat zənciri sistemini və satınalma şəbəkəsini, sahibkarlara göstərilən xidmətləri, KOB evlərində xidmət göstərənlərin müvafiq məlumat bazalarından istifadəni və digər funksiyaları özündə cəmləşdirəcək elektron sistemdir.

Portal kiçik və orta biznes evlərində (KOB evləri) kiçik və orta biznes subyektlərinə göstərilən xidmətlərin elektron formada vahid platforma üzərindən göstərilməsi üzrə müraciətlərin təqdim edilməsini, qəbulunu, emalını, cavablandırılmasını, uçotunun aparılmasını, istifadəçilərin və iştirakçıların əlaqələndirilməsini və portaldan sərbəst istifadəsini, ona inteqrasiya olunmuş informasiya sistemlərindən məlumatların əldə edilməsini, eyni zamanda KOB evlərində, eləcə də qurumlar tərəfindən sahibkarlıq subyektlərinə fərqli zamanlarda və fərqli məkanlarda yerinə yetirilməsi planlaşdırılan bütün xidmətlərin göstərilməsini “e-KOB evi” üzərindən təmin edəcək.

İstifadəçilərin portal vasitəsilə xidmət almaq üçün müraciət etmək və bununla bağlı elektron kabinet yaratmaq, iştirakçılara sorğular göndərmək, həmin sorğulara dair cavablar almaq, sahibkarlıq sahəsində hazırlanmış və portalda yerləşdiriləcək hüquqi aktların layihələrinə dair təkliflər vermək, reyestrə daxil olmaq və oradan məlumatlar əldə etmək hüquqları olacaqdır.

Sahibkarlar qurumların onlara göstərdikləri “G2B” (dövlət-biznes) xidmətlərə görə ödəniləcək dövlət rüsumu, xidmət haqları və digər ödənişləri “e-KOB evi” portalı üzərindən həyat keçirə, “B2B” (biznes-biznes) çərçivəsində müxtəlif növ maliyyə, bank, sığorta xidmətləri, eləcə də məsləhət (konsaltinq) xidmətlərindən istifadə edə biləcəklər.


PORTALA KEÇİD

Powered by Froala Editor