Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlarla maliyyə resurslarına çıxışla bağlı müzakirələr aparılıb Korporativ dayanıqlılığın və BMT-nin Qlobal Sazişinin ölkəmizdə təbliğinə dair sənəd imzalanıb KOB sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb “İnvestisiya səyahəti” layihəsinə start verilir “Rebuild Karabakh” Sərgisində KOBİA-nın stendi iş adamları tərəfindən maraqla qarşılanır Azərbaycan və Tatarıstanın işgüzar dairələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib Göygöl-Daşkəsən KOBİM tərəfindən turizm sahəsində silsilə təlimlər keçirilir "Rebuild Karabakh" sərgisi çərçivəsində KOBİA-nın stendində yerli və xarici iş adamlarının işgüzar görüşləri keçirilir KOBİA Azərbaycan-Xorvatiya biznes forumunda iştirak edib Azərbaycan-Slovakiya biznes forumu keçirilib
Güzəştli maliyyələşmə mexanizmləri

Powered by Froala Editor

Fondun vəsaiti qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.


Fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit verilə bilər:

- 5 000 manatdan 50 000 manatadək – kiçikhəcmli kreditlər;

- 50 001 manatdan 1 000 000 manatadək – ortahəcmli kreditlər;

- 1 000 001 manatdan 10 000 000 manatadək – böyükhəcmli kreditlər.

Hər bir sahibkarlıq subyektinin Fondun vəsaiti hesabına aldığı güzəştli kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10 000 000 manatdan artıq ola bilməz.

Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:

- kiçikhəcmli kreditlər üçün - 3 (üç) ilədək;

- ortahəcmli kreditlər üçün - 5 (beş) ilədək;

- böyükhəcmli kreditlər üçün - 10 (on) ilədək.

Fondun kreditlərinin illik faiz dərəcəsi 1 faiz, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4 faizdən artıq olmamaq şərti ilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizədək müəyyən edilir.

Kreditlərdən istifadə üzrə güzəşt müddəti, kredit verilmiş hər bir sahibkarlıq subyekti üçün fəaliyyətinin xarakterindən asılı olaraq, nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditin istifadə müddətinin ilk 1/2 dövrünü əhatə edə bilər. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər.

Ətraflı: http://edf.gov.az/

Powered by Froala Editor

Fond informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyətin stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini, habelə tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsini maliyyə dəstəyi ilə təmin edir.

Fəaliyyət istiqamətləri:

- İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşu;

- Müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə güzəştli kreditlər şəklində İKT sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi;

- İnnovativ və tətbiqi elmi-texniki layihələrin (startap layihələri) qrant maliyyələşdirilməsi.

Sahibkarlıq subyektlərinə Fondun vəsaitlərindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilir:

- 10 000 manatdan 50 000 manatadək – kiçikhəcmli kreditlər;

- 50 001 manatdan 500 000 manatadək – ortahəcmli kreditlər;

- 500 001 manatdan 5 000 000 manatadək – böyükhəcmli kreditlər.

Hər bir sahibkarlıq subyektinin Fondun vəsaitləri hesabına aldığı güzəştli kreditin (o cümlədən, bir investisiya layihəsi üzrə) maksimum həddi 5 000000 manatdan artıq ola bilməz.

Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:

- kiçikhəcmli kreditlər üçün – 3 (üç) ilədək;

- ortahəcmli kreditlər üçün – 5 (beş) ilədək;

- böyükhəcmli kreditlər üçün – 10 (on) ilədək.

Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddinin cəmi kredit məbləğinin 5 faizindən artıq olmamalıdır.

Ətraflı: http://www.mincom.gov.az/upload/files/dd04d2c0db57...

Powered by Froala Editor

Agentliyin vəsaiti aqrar bölmənin inkişafı layihələrinin və kənd təsərrüfatı istehsal vasitələrinə verilən güzəştlərin maliyyələşdirilməsinə yönəldilir.

Agentliyin vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə edilir:

- kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi;

- regionların aqrar inkişafı ilə bağlı innovativ layihələrin maliyyələşdirilməsi;

- kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin onların güzəştli satışının və lizinqinin maliyyələşdirilməsi;

- heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyyələşdirilməsi;

- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin pilot layihələrinin maliyyələşdirilməsi.

Agentliyin vəsaiti hesabına aşağıdakı hədlərdə güzəştli kreditlər verilə bilər:

- 5 000 manatadək - mikrokreditlər;

- 5 001 manatdan 30 000 manatadək - kiçikhəcmli kreditlər;

- 30 001 manatdan 100 000 manatadək - ortahəcmli kreditlər;

- 100 001 manatdan 200 000 manatadək - irihəcmli kreditlər;

- 1 000 000 manatədək - kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər.

Güzəştli kreditlərin müddətləri aşağıdakı kimi müəyyən edilir:

- mikrokreditlər üçün - 2 ilədək;

- kiçik və ortahəcmli kreditlər üçün - 3 ilədək;

- irihəcmli kreditlər üçün - 5 ilədək.

Ətraflı: https://president.az/articles/31161

Powered by Froala Editor