Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Qadın sahibkarlığın inkişafı ilə bağlı müzakirələr aparılıb Elan 55 onlayn mağaza, 700 adda məhsul: www.kobmarket.az istifadəçilərinin sayı artır Serbiyanın Azərbaycandakı səfiri KOBİA-da olub Zaqatala-Balakən KOB İnkişaf Mərkəzi fəaliyyətə başladı Türkiyәnin Azərbaycandakı səfiri KOBİA-da olub KOBİA Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası ilə əməkdaşlıq edəcək Səudiyyə Ərəbistanının səfiri ilə görüş keçirilib KOBİA ilə “Davam” Gənclər Hərəkatı arasında innovativ sahibkarlığın təşviqinə dair müzakirələr aparılıb KOBİA və Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Lisenziyalar və icazələr

Sahibkarlar İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış “Lisenziyalar və icazələr” portalı (www.lisenziya.gov.az) vasitəsilə 24 fəaliyyət növü üzrə lisenziyaların alınması üçün elektron müraciət edə bilərlər. Lisenziya alınması üçün istifadəçi gücləndirilmiş elektron imzası vasitəsilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaradır və həmin elektron kabinetdə müvafiq fəaliyyət növünü seçir. Portalda seçilən lisenziyaya uyğun olaraq açılan ərizə pəncərəsində tələb edilən məlumatlar portal tərəfindən iştirakçıların informasiya sistemlərindən götürülərək əks olunur. Tələb edilən məlumatlar informasiya sistemlərində olmadıqda, seçilmiş fəaliyyət növü üzrə tələb edilən sənədlərin skan olunmuş surətləri ərizəyə əlavə edilir və istifadəçi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir.

İstifadəçi “Lisenziyalar və icazələr” portalı vasitəsilə müraciətin icra prosesini izləyir, lisenziyanın verilməsi üçün qanunla tələb olunan dövlət rüsumunu ödəyir və lisenziya gücləndirilmiş elektron imza ilə təsdiqlənərək istifadəçinin elektron kabinetinə göndərilir.

Powered by Froala Editor